Kolin Kazım "Bursaspor"da
"Qalatasaray"ın futbolçusu Kolin Kazımın yeni klubu məlum olub.

Təcrübəli futbolçu "Bursaspor"la 4 illik müqaviləyə imza atıb.

Sabiq baş məşqçisi Fatih Terim Çempionlar Liqasında 27 yaşlı futbolçuya şans verməmişdi. Bu səbəbdən də K.Kazım komandasını dəyişmək qərarına gəldiyini bildirib.

Qeyd edək ki, futbolçu üçün "Bursaspor"un 200 min avro ödədiyi iddia edilir.

Xəbər 795 dəfə oxundu.