Kaka maraqlı açıqlamalar verib
"Milan"nın yeni transferi Kaka maraqlı açıqlamalar verib.

Braziliyalı yarımmüdafiəçi Madrid klubunda oynayarkən keçmiş komandasına dönmək xəyallarının qurduğunu deyib:

"Çox fərqli hisslər keçirirəm. Madriddə ikən bəzən "Milan"a qayıtmağın xəyallarını qurardım. İndi arzularım gerçək oldu. Çox xoşbəxtəm. "Real"da əlimdən gələnin ən yaxşısını etdim, amma ayrılmaq vaxtım gəlmişdi".

Kaka həmçinin bildirib ki, fiziki cəhətdən hələ də güclüdür: "Uzun zamandır ki, zədələnməmişəm. Artıq forma geyinmək istəyirəm. Pul önəmlidi, ancaq mənim üçün ən birinci deyil. Bunu transfer qərarımdan da anlaya bilərsiniz".

Qeyd edək ki, futbolçu "Milan"la 2 illik rəsmi müqavilə imzalayacaq və yeni komandasında 22 nömrəli forma geyəcək.

Xəbər 861 dəfə oxundu.