Millimizin oyunlarının başlama saatı açıqlandı
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlanma vaxtı müəyyənləşib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunlar 21-26 sentyabr aralığında keçiriləcək.

21 sentyabr, saat 14:00
İslandiya - Azərbaycan

23 sentyabr, saat 18:00
Rusiya - Azərbaycan

26 sentyabr, saat 18:00
Azərbaycan - Slovakiya

Xatırladaq ki, yığmamızın çıxış edəcəyi 10-cu qrupun oyunları Rusiyanın Volqoqrad şəhərində təşkil olunacaq.

Xəbər 810 dəfə oxundu.