"Qarabağ" sentyabrın 5-də yığışacaq
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov milli oyunlar səbəbindən çempionatda yaranmış fasiləylə ələqədar olaraq komandaya AZAL-la oyundan sonra 3 günlük istirahət verib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda sentyabrın 5-də yenidən yığışacaq.

Milli futbolçuların yoxluğunda komanda "Rəvan"la oyunun hazırlıqlarını Suraxanı qəsəbə stadionunda keçəcək.

Xəbər 1089 dəfə oxundu.