"Karvan" 6 futbolçu ilə müqavilə bağladı
Azərbaycan birinci divizionunda mübarizə aparacaq “Karvan” klubu transfer çalışmalarını davam etdirir. Komandanın baş məşqçisi Kənan Kərimov baxışa dəvət olunan 6 oyunçunu saxlayıb.

Bu barədə “Karvan”ın baş məşqçisi Kənan Kərimov məlumat verib. Kərimov bildirib ki, Rəhman Əzizov, Elnar Kərimov, Azər Həşimov, Rövşən Vəliyev, Əli Bağırov, Ceyhun Əhmədovla müqavilə imzalanıb. Məlumat üçün deyək ki, siyahıda yer alan futbolçuların bir neçəsinin elita təcrübəsi var.

Xəbər 891 dəfə oxundu.