Taekvondoçularımızın rəqibləri məlum olub

Çinin Şenjen şəhərində XXVI Yay Universiadasına iştirak edən azərbaycan taekvondoçularının rəqibləri məlum olub. Püşkatma nəticəsində 12 idmançımızdan 3 nəfəri yarışa ikinci mərhələdən qatılacaq. Püşkün nəticələrini təqdim edirik:

Kişilər:
54 kq - Samir Aydınov – Flavien Furet (Fransa)
58 kq - Vüsal Məmmədov – Çenyanq Vey (Taypey)
68 kq - Əliyev Fariz – Tomas Auger (Avstriya)
74 kq - Elvin Məmmədov – Yerbol Yerəliyev (Qazaxıstan)
80 kq - Ramin Əzizov – 2-ci döyüşdə Canni Guqlielmo (İtaliya) – Gilbert Smit (Aruba) cütünün qalibi ilə
87 kq - Jeyhun Həsənli – Kristof Lemann (Almaniya)
+87 kq - Aydın Bəhməlov – Erik Vossen (Almaniya)

Qadınlar:
46 kq - Xəyalə Quliyeva – 2-ci döyüşdən Yvette Yong (Kanada) – Dikuah Sum (Honqkonq) cütünün qalibi ilə
49 kq - Türkanə Tahirli – Ledian Santos (Braziliya)
57 kq - Günay Ağakişiyeva – 2-ci döyüşdən Despina Plavaki (kipr) – So Hee Kim (Korea) cütünün qalibi ilə
62 kq - Səbinə Mikayılova – Maria Manalo (Filippin)
67 kq - Vonkyunq Kim – 2-ci döyüşdən Çulunbor Ariunzaya (Monqolustan) – Seham Savalhi (Misir) cütünün qalibi ilə

Universiadanın taekvondo yarışları Bakı vaxtı ilə səhər saat 06:00-da başlanılıb. Qeyd edək ki, 18-19 avqust tarixlərində Pumse yarışları, 20-23-də isə fərdi yarışlar keçiriləcək. Taekvondoçularımız ayın 25-də Vətənə dönəcəklər.


Xəbər 1244 dəfə oxundu.