"Qalatasaray" daha bir legioneri göndərdi
"Qalatasaray" daha bir futbolçusu ilə yolları ayırıb.

Bu mövsüm legioner limiti səbəbindən forma geyə bilməyən Albert Riera Qətərin "Əl Rayyan" klubuna transfer olunub. Bu transfer üçün Qətər təmsilçisi ispan yarımmüdafiəçəyə yalnız İstanbul klubunun ona borclu olduğu pulu ödəyəcək.

Qeyd edək ki, Riera 2011-ci ildə "Olimpiakos"dan "Qalatasaray"a 3 milyon avroya transfer olunmuşdu

Xəbər 869 dəfə oxundu.