Vladimir Kramnik şahmat üzrə dünya kuboku yarışlarının qalibi olub | |
Novreçin Tromse şəhərində şahmat üzrə dünya kuboku yarışları başa çatıb. Dünya kuboku yarışlarının qalibi rusiyalı Vladimir Kramnik olub. O, final mərhələsinin dördüncü oyununda həmvətəni Dmitri Andreykin ilə heç-heçə etmişdir. Yekun partiya 34-cü gedişdə başa çatıb. V.Kramnik sonuncu partiyada qara fiqurlarla oynamışdır. O, dörd oyunun üçünü heç-heçə başa vurmuş, birində isə qələbə qazanıb. Şahmatçı öz karyerasında ilk dəfə dünya kubokunu qazanıb. |
|
Xəbər 1003 dəfə oxundu. |
|
|