AFFA-nın prezidenti milli komandamızın üzvləri ilə görüşüb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb.

AFFA-nın Futbol Akademiyasında keçirilmiş görüşdə bir neçə gündən sonra İsrail millisi ilə qarşılaşacaq komandamıza tövsiyələrini verən R.Abdullayev futbolçularımıza uğurlar arzulayıb.
Azərbaycan millisi sentyabrın 7-də Ramat Gan şəhərindəki eyniadlı stadionda dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə qarşılaşacaq.

Xəbər 708 dəfə oxundu.