"Qəbələ"nin futbolçuları Kipr və Misirə qarşı
"Qəbələ" klubunun iki futbolçusu - Deyan Kelhar (Sloveniya) və Omar Kalabane (Qvineya) milli komandalarının heyətinə dəvət alıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kelhar dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya - Albaniya (6 sentyabr) və Kipr - Sloveniya (10 sentyabr) matçlarında yer ala bilər.

Qvineya yığmasının kapitanı statusunu daşıyan Kalabane dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Misir - Qvineya görüşündə meydançaya çıxmaq şansı qazanıb.

Xəbər 905 dəfə oxundu.