AFFA prezidenti milli komanda ilə görüşüb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev AFFA-nın Futbol Akademiyasında Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib.


İdman.com.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bir neçə gündən sonra İsrail millisi ilə görüşəcək komandamıza tövsiyələrini verən R.Abdullayev futbolçularımıza uğurlar arzulayıb.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Ramat Gan şəhərindəki eyniadlı stadionda millimiz İsrail yığması ilə qarşılaşacaq.


Xəbər 1006 dəfə oxundu.