"Real" "Mançester Yunayted"in təklifini rədd etdi
Məsut Özilin ardından daha bir futbolçu "Real" (Madrid) klubunu tərk edə bilər.

"Mançester Yunayted" klubu Sami Xediranın xidmətində maraqlıdır.

Mançester təmsilçisi Almaniya millisinin futbolçusu üçün Madrid klubuna 40 milyon funt-sterlinq təklif etsə də, qarşı tərəfdən rədd cavab alıb. Hələlik bu imtinanın səbəbləri məlum deyil.

Qeyd edək ki, 99 milyon avroya Qaret Beyli transfer edən "Real"ın bir neçə futbolçusu ilə yollarını ayıracağı gözlənilir.

Xəbər 1093 dəfə oxundu.