Özilin "Arsenal"a keçidi rəsmiləşdi
"Real"ın futbolçusu Məsut Özilin "Arsenal"a keçidi rəsmiləşib.

Klub rəsmi saytında alman yarımmüdafiəçini trasnfer etdiyini açıqlayıb. 24 yaşlı oyunçu ilə beş illik müqavilə imzalanıb. Bu transfer üçün Premyer Liqa təmsilçisi Madrid klubuna 42.4 milyon funt sterlinq ödəyib.

Bununla da London klubu ən bahalı transferini gerçəkləşdirib.

M.Özil isə "Arsenal"ı seçməkdə ən böyük səbəbkarın klubun baş məşqçisi Arsen Venger olduğunu deyib: "Onunla danışıqlarımızda mənə yüz faiz inandığını hiss etdim. Mən də bu inamın əvəzini geri ödəmək istəyirəm. Artıq yeni klubumun kuboklar qazanması üçün əlimdən gələni edəcəm".

Xəbər 908 dəfə oxundu.