“Araz” komandasının UEFA Kubokundakı rəqibləri müəyyənləşib
Futzal üzrə Azərbaycan çempionu “Araz” komandasının UEFA Kuboku yarışlarının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.

Komandamız Rumıniya, Belçika və Yunanıstan klubları ilə bir qrupda mübarizə aparacaqdır.
“Araz”ın 6-cı qrupdakı rəqiblərindən ikisi hələ püşkatma dövründə bəlli olmuşdur. Bunlar Rumıniyanın “Targu Mures” və Belçikanın “Chatelineau” komandaları idi. Bu qrupun digər iştirakçısı isə təsnifat mərhələsində H qrupunda mübarizə aparmış və “Vikingur” (İslandiya) və “Anji” (Rusiya) kollektivlərinə qalib gəlmiş Yunanıstanın “Athina-90” komandasıdır.
Beləliklə, UEFA Kubokunun əsas mərhələsinin 6-cı qrupunda “Araz” (Azərbaycan), “Targu Mures” (Rumıniya), “Chatelineau” (Belçika) və “Athina-90” (Yunanıstan) komandaları mübarizə aparacaqlar.

Xəbər 665 dəfə oxundu.