Ander Errera Yunaytedə keçməyə razılıq verdi
Atletik komandasının futbolçusu Ander Errera Mançester Yunaytedə keçməyə razılıq verib və klubunu bu barədə məlumatlandırıb. Klub İngiltərə çempionu 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalamağı planlaşdırır.

İspaniya Olimpiya yığmasının yarımmüdafiəçisinə görə Mançester Yunayted idmançıya 30 milyon avro təklif edib. Lakin bu təklifi Atletik rəhbərliyi qəbul etməyərək müqavilədə yazılan 36 milyonu ödəməyi tələb ediblər.

Xəbər 1161 dəfə oxundu.