Reynaldo “Hoffenhaym” klubunun maraq dairəsinə düşüb
Avroliqada vurduğu 5 qolla “Qarabağ”ın uğurlu çıxışında böyük pay sahibi olan Reynaldo da Silva Almaniyanın “Hoffenhaym” klubunun maraq dairəsinə düşüb.Yay transfer pəncərəsinin bitməsinə az qalmış “Hoffenhaym” Ağdam klubundan Reynaldo və ya “Vest Hem Yunayted”dən Rikardonu heyətinə cəlb etmək istəyir. “Kicker” nəşri isə yazıb ki, Reynado Silva Avropa Liqasında beş, Azərbaycan Premyer Liqasında isə cari mövsümdə üç qola imza ayıb. Alman jurnalistlər braziliyalı futbolçunun “Ayntraxt”la Avroliqanın pley-off mərhələsinin təkrar matçında da fərqləndiyini və mövsüm uğurlu oyunlar keçirdiyini yazıblar.

Xəbər 718 dəfə oxundu.