2013 Dünya Qran-prisinin çempionu bəlli oldu
2013 Dünya Qran-prisinin çempionu bəlli oldu.

İdman.com.az saytının məlumatına görə, Braziliya və Çin komandaları arasında baş tutan yarışda oyunun qalibi bəlli olub. Yarışın ilk dəqiqələrindən əzmkar mübarizə aparan braziliyalılar rəqibə imkan verməyərək oyundan qalib olaraq ayrılıblar.

Qeyd edək ki, Çin komandası qarşısında rahat bir oyun ortaya qoyan braziliyalılar oyundan 25-15, 25-14, 25-20 hesabı ilə ayrılıblar.Çin bu məğlubiyyətin ardından Qran- prisində yalnız ikinciliklə kifayətlənib.

Günün digər matçında da iki Avropa qrupu, İtaliya ilə Serbiya qarşılaşıb. Zorlu matçı 3-2 hesabı ilə qazanan Serbiya Dünya Qran-prisində 3-cü sırada yer alıb.

Xəbər 762 dəfə oxundu.