Azərbaycan 78 ölkə arasında 15-ci olub
Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan 78 ölkə arasında 15-ci olub.

Kanoeçimiz Valentin Demyanenko qızıl medal qazanıb. İdmançımız 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafədəki yürüşdə hamıdan güclü olub. O, final yürüşündə finişə 38,462 saniyəyə çatıb.
Valentin Demyanenko karyerasında 4-cü dəfə kanoe üzrə planetin ən güclüsü olduğunu sübuta yetirib.
Sentyabrın 1-də isə Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə final yürüşünə çıxmışlar. İdmançılarımız medala yaxın olsalar da onlar əsas finalda finişə 1 dəqiqə 46,094 saniyəyə çataraq, 5-ci yerlə kifayətləniblər.
Ümumiyyətlə, dünya çempionatında 78 ölkədən 956 idmançı mübarizə aparıb.
Azərbaycanı bu yarışmada 1 kayakçı və 6 kanoeçi təmsil edib. Cəmi 30 ölkənin medal qazandığı nüfuzlu yarışda millimiz medalların əyarında 15-ci olub.

Xəbər 665 dəfə oxundu.