Qaret Beyl 99 milyon avroya rəsmən "Real"da
Uzun müddətdir adı "Real"la (Madrid) hallanan "Tottenhem"in futbolçusu Qaret Beylin transfer məsələsi həll olunub.

Bu barədə Madrid klubunun rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, uelsli yarımmüdafiəçi bu gün yerli vaxtla saat 14:00-da 6 illik rəsmi müqaviləyə qol çəkəcək və futbolçu ictimaiyyətə təqdim olunacaq.

"Real" transfer üçün İngiltərə klubuna 99 milyon təzminat ödəyəcək. Futbolçu özü isə 6 ilə 60 milyon avro qazanacaq.

Xəbər 809 dəfə oxundu.