Demyanenko Azərbaycana DÇ-nin qızıl medalını qazandırdı
Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə həlledici mərhələdə iştirak hüququna yiyələnmişdi.

30 yaşlı təmsilçimiz əsas yürüşdə finişə 38, 462 saniyəlik göstərici ilə çataraq, 1-ci olub. Kanoeçimizin rəqibləri Tomas Simart (Fransa), Naoya Sakamoto (Yaponiya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), İvan Ştıl (Rusiya), Yevgeni Şuklin (Litva), Nivalter Santos Xesus (Braziliya), Elder Silva (Portuqaliya) və Aleksandr Maksimçuk (Ukrayna) olub.

Rusiya təmsilçisi ikinci, İspaniya idmançısı üçüncü olub.

Azerisport.az

Xəbər 1291 dəfə oxundu.