"Atletiko"dan daha bir transfer
"Atletiko" heyətini daha bir futbolçu ilə gücləndirib. Belə ki, "Sent-Etyen"in yarımmüdafiəçisi Josua Gilavoqi Madrid klubuna keçib. Bu barədə Marca məlumat yayıb. Klublar artıq 22 yaşlı xavbekin transferinin bütün detallarını həll ediblər. Yaxın vaxtda Gilavoqi Madridə gedərək yeni klubuna tibbi müayinədən keçəcək.

Qeyd edək ki, "Atletiko" bu günlərdə "Ayaks"ın müdafiəçisi Ayderveyreldi də transfer etmişdi.

Xəbər 816 dəfə oxundu.