Millimizin açıq məşqi olacaq
Milli komandamız bu gündən İsraillə oyunun məşqlərinə başlayacaq.

Yığmamız bu gün saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlıqlara start verəcək.

Ancaq bu məşqdə Premyer Liqanın V turunun oyunları nəzərə alınaraq, "İnter" və "Qarabağ"ın oyunçuları, həmçinin legionerlərimiz - Ufuk Budak, Ruslan Abışov və Cihan Özkara iştirak etməyəcək. Həmin oyunçular təlim-məşq toplanışında sentyabrın 2-dən iştirak edəcəklər.

Xəbər 816 dəfə oxundu.