Rusiya millisinin yekun heyəti açıqlandı
"DÇ-2014"ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Rusiya yığmasının Lüksemburq və İsraillə oyunlar üçün yekun heyəti açıqlanıb.

Rusiya millisinin baş məşqçisi Fabio Kapello qarşıdakı oyunlar üçün 25 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, sentyabrın 6-da Kazanda Lüksemburqu qəbul edəcək Rusiya millisi 4 gün sonra Sankt Peterburqda İsraillə qarşılaşacaq.

Qapıçılar: İqor Akinfeyev (ÇSKA, Moskva), Vladimir Qabulov ("Dinamo", Moskva), Sergey Rıjikov ("Rubin", Kazan).

Müdafiəçilər: Aleksandr Anyukov ("Zenit"), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı - ÇSKA, Moskva), Vladimir Qranat ("Dinamo", Moskva), Vitali Dyakov ("Rostov"), Aleksey Kozlov ("Kuban"), Dmitri Kombarov ("Spartak", Moskva).

Yarımmüdafiəçilər: İqor Denisov ("Dinamo", Moskva), Alan Zaqoyev (ÇSKA, Moskva), Denis Qluşakov ("Spartak", Moskva), Aleksandr Ryazantsev ("Rubin", Kazan), Viktor Fayzulin, Roman Şirokov (hər ikisi - "Zenit”).

Hücummular: Vladimir Bıstrov, Aleksandr Kerjakov, Oleq Şatov (hamısı - "Zenit"), Aleksey İonov, Aleksandr Kokorin, Fyedor Smolov (hamısı - "Dinamo", Moskva), Aleksandr Səmədov ("Lokomotiv", Moskva).

Xəbər 1002 dəfə oxundu.