"Ayaks"ın futbolçusu "Tottenhem"ə keçdi
Bu yay ən çox transfer edən klublardan olan "Tottenhem" heyətini daha bir futbolçu ilə gücləndirib.

London təmsilçisi "Ayaks"ın yarımmüdafiəçisi Kristian Erikseni komandaya gətirib.

Ancaq müqavilənin müddəti barədə məlumat verilməyib.

Bununla da, Eriksen, Paulinyo, Çadli, Soldado, Essyen, Lamela və Krkiçin ardından "Tottenhem"in yeddinci transfer olub. Bu futbolçular üçün klub ümumilikdə 109 milyon avro ödəyib.

Xəbər 827 dəfə oxundu.