Mourinyo: "Ən yaxşı komanda uduzdu"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo UEFA Superkubokunda "Bavariya" ilə oyundan sonra (2:2, pen 4:5) açıqlamalar verib.

Təcrübəli mütəxəssis meydandakı ən yaxşı komandanın oyunu uduzduğunu deyib:

"Qazanmaq bizim haqqımız idi. Amma hər zaman yaxşılar qalib gələ bilmir. UEFA qarşılaşmalarında bir oyunçu az oynamaqla bağlı yaxşı təcrübələrim var. Onlar kuboku aldı, amma ən yaxşı klub uduzdu".

Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçının 85-ci dəqiqəsində London klubunun futbolçusu Ramires qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda klublar hərəyə bir dəfə yenidən fərqləndiyi üçün penaltilər seriyasında qalib müəyyənləşib. Burada Münhen təmsilçisi 5:4 hesabı ilə qələbə qazanaraq kubokun sahibi olub.

Xəbər 920 dəfə oxundu.