UEFA superkubokunu
Bu gün UEFA Superkubokunun yeni qalibi müəyyənləşib.

Həlledici görüşdə "Bavariya" və "Çelsi" komandaları üz-üzə gəlib.

Ötən mövsüm Çempionlar Liqasının qalibi olan "Bavariya" klubu daha bir kuboku muzeyinə aparmaq istəyirdi ki, bunu da bacardı. Belə ki, Pep Qvardiolanın komandası Joze Mourinyolu "Çelsi"ni məğlub etdi.

Görüşün əsas hissəsi 1:1 hesabı ilə bitdiyindən əlavə vaxt oynanılıb. Əlavə vaxtda "Çelsi" azlıqda qalmasına baxmayaraq hesabı 2:1 öz xeyrinə dəyişməyi bacarıb. Lakin görüşün son saniyələrində "Bavariya" bərabərlik topunu vura bilib. Penaltilər seriyasında da isə daha dəqiq olan Almaniya təmsilçisi qələbə qazanaraq (5:4) UEFA superkubokuna sahib olub.

Xəbər 927 dəfə oxundu.