Əvəzedicilərin çempionatında beşinci tura start verildi
Topaz Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyində 5-cü turun oyunlarına start verilib.

Aşağıdakı nəticələr qeydə alınıb.


“Sumqayıt” 1-1 “Rəvan”
Qollar: Kərim Diniyev, 61 // Yamin Ağakərimzadə, 36

Qəbələ” 2-3 “XəzərLənkəran”
Qollar: Rəşid Əmiraslanov, 6; Elnur Mustafazadə, 47 // Elnur Cəfərov, 3; Ağabala Ramazanov, 34; Maqsum Qəmbərli, 65

“Bakı” - “Neftçi” - 3:3
Qollar: Raul Yaqubzadə, 28; 73; Mahir Mədətov, 23 // Cavid Muxtarzadə, 68; Mirabdulla Abbasov, 88; Aqşin Qurbanlı, 90+4

Xəbər 959 dəfə oxundu.