Avropada ilin futbolçusu Riberi seçilib
UEFA tərəfindən seçilən Avropada ilin futbolçusu mükafatını Bayern Münih forması geyən Fransız ulduz Frank Riberi qazanıb.

UEFA tərəfindən təşkil edilən 2012/13 UEFA Avropanın ən yaxşı oyunçusu mükafatını, əhəmiyyətli rəqibləri Barcelonadan Lionel Messi və Real Madriddən Cristiano Ronaldonu keçərək qazanan Fransız ulduz, mükafatını UEFA prezidenti Mişel Platininin əlindən alıb.

Qiymətləndirmə UEFA üzv federasiyaları, hər birindən seçilən jurnalistlərdən ibarət olan münsiflər heyəti tərəfindən edilib.

Qeyd edək ki, Cristiano Ronaldo, təşkil edilən mərasimə qatılmayıb.

Xəbər 1076 dəfə oxundu.