Qadın hakimlərimizə beynəlxalq təyinat
FIFA referisi Səbayel Qurbanova və FIFA referi köməkçisi Gülyana Güvəndiyeva beynəlxalq təyinat alıb.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimlərimiz 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının VII qrupunun oyunlarını idarə edəcəklər.

İtaliya, Polşa, Sloveniya və Albaniya yığmalarının mübarizə aparacağı bu qrupun oyunları sentyabrın 20-dən 27-dək Sloveniyada keçirləcək.

Xəbər 960 dəfə oxundu.