“Beşiktaş” da avrokuboklardan uzaqlaşdırıldı
Beynəlxalq Arbitraj Məhkəməsi “Fənərbaxça”dan sonra Türkiyənin daha bir klubu – “Beşiktaş”ı da avrokuboklardan uzaqlaşdırıb.

Məhkəmə İstanbul təmsilçisini bir il müddətini qitə miqyaslı yarışdan uzaqlaşdırıb. Buna komandanın danışılmış oyunlarda iştirakının təsdiqlənməsi səbəb olub.

UEFA Avropa Liqasında qrupda “Beşiktaş”ı bu komandaya pley-off mərhələsində uduzan Norveç “Tromse”si əvəz edəcək.

Xəbər 944 dəfə oxundu.