Qəzənfər Namazov Avropa çempionatının qalibi adını qazanıb
Xaçmazlı universal döyüş ustası Qəzənfər Namazov Avropa çempionatının qalibi adını qazanıb.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş universal döyüş üzrə Avropa çempionatında 30-a yaxın ölkənin idmançıları medallar uğrunda mübarizə aparıblar. 90 kiloqram çəki dərəcəsində çıxış etmiş Qəzənfər Namazov Moldova, Rumıniya, Ukrayna və Rusiya idmançılarına qalib gələrək kubok və qızıl medala layiq görülüb.

Çempionatda Azərbaycanı ümumilikdə beş idmançı təmsil etmişdir və onların üçü medal qazanıb.

Xəbər 871 dəfə oxundu.