“Araz” rəqib komanda qapısından iki cavabsız top keçirdi
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan Naxçıvanın “Araz” futbol komandası növbəti yoxlama oyununu keçirib. Yerli “Rize Kalkanderespor” kollektivi ilə qarşılaşan komandamız 3-cü dəqiqədə hesabı aça bilib.
Əlimirzə Daşzərini 35 metrdən vurduğu mükəmməl qolla fərqlənib.
Matçın 37-ci dəqiqəsində Ə.Daşzərini dubl etmişdir. Futbolçumuz sərrastlığını bu dəfə 25 metrdən nümayiş etdirib.
Oyunun sonunadək hesab dəyişməmiş və baş məşqçi Əsgər Abdullayevin yetirmələri 2:0 hesabı ilə qalib gəliblər.
İlk yoldaşlıq görüşündə də “Araz” yerli “Yakutiyasporu”a eyni hesabla qalib gəlib.

Xəbər 736 dəfə oxundu.