“Rəvan” futbol komandası heyətini gücləndirir
Bakının “Rəvan” futbol komandası heyətini gücləndirməkdə davam edir.

Komanda avqustun 29-da daha üç futbolçunun transferini rəsmiləşdirmişdir. Bunlar qapıçı Kamal Bayramov, yarımmüdafiəçilər Cəmşid Məhərrəmov və Kristian Torresdir.
Son mövsümü qərb bölgəsinin təmsilçilərində - “Turan” və “Kəpəz”də keçirmiş yerli futbolçular iki il “Rəvan”ın heyətində çıxış edəcəklər. 2011-ci ilin yayından 1,5 il müddətində “Rəvan”ın şərəfini qorumuş, son qış transfer dövründə “Qarabağ”a keçərək ölkə çempionatının gümüş medallarını qazanmış argentinalı futbolçu ilə mövsümün sonunadək saziş imzalanıb.

Xəbər 725 dəfə oxundu.