"Fənərbaxça"nı Avropa Liqasında kim əvəzləyəcək?
Beynəlxalq Arbitraj Məhkəməsinin 2 illik avrokuboklardan kənarlaşdırdığı "Fənərbaxça" klubunu bu mövsüm Avropa Liqasında hansı komandanın əvəzləyəcəyi hələlik məlum deyil.

Buna UEFA-nın sabah keçiriləcək iclasında aydınlıq gələcək.

Artıq "Bursaspor" İstanbul klubunun yerinə turnirə qatılması ilə bağlı ali qitə qurumuna müraciət edib. "Fənərbaxça"nın əvəzləyicisinin digər ölkə təmsilçilərinin olacağı da istisna edilmir.

Qeyd edək ki, "Bursaspor" Avroliqanın üçüncü təsnifat mərhələsində Serbiyanın "Voyvodina" klubuna məğlub olaraq mübarizəni dayandırmışdı.

Xəbər 943 dəfə oxundu.