"Ayaks" Eriksenin qiymətini açıqladı
"Ayaks" klubu Kristian Erikseni 15 milyon avrodan aşağı qiymətə satmayacaq. Hazırda "Tottenhem"in texniki direktoru Franko Baldini Amsterdam təmsilçisi olan Mark Overmasla yarımmüdafiəçinin keçidi ilə bağlı müzakirə aparırlar. İngilislər futbolçuya görə 8 milyon avro təklif edib və daha 2 milyon avro artırmağa hazırdır. Bu təklif də qəbul olunmasa, danışıqlar dayandırılacaq. "Tottenhem" müqaviləsi 10 ay sonra bitəcək Eriksen üçün 15 milyon avro verməyi məqsədəuyğun saymır.

Xəbər 984 dəfə oxundu.