İlk gündə 4 medal

Polşa paytaxtı Varşavada yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Yarışın ilk günündə mübarizəyə qoşulan sərbəst güləş üzrə millimiz 2 qızıl və 2 bürünc medal qazanıb. Elçin Məmmədov (58 kq) və Pərviz Axundov (85 kq) bütün rəqiblərini üstələyərək, qızıl medal qazanıblar. Məmmədhüseyn Həsənov (50 kq) və Şamil Sədullayev (69 kq) bürünc mükafata sahib çıxıblar.
Bu gün digər 5 çəki dərəcəsində sərbəst güləş yarışları keçiriləcək.

Xəbər 966 dəfə oxundu.