“Bavariya”da daha bir ciddi itki
"Bavariya" UEFA Suberkubokunda "Çelsi" ilə matça daha bir ciddi itki ilə çıxa bilər.

Tiaqo Alkantaranın ardından Bastian Şvaynştayqerin də bu oyunda forma geyinməmək ehtimalı var.

29 yaşlı yarımmüdafiəçi bundesliqada "Frayburq"la matçda ayağından zədələnib. Qarşılaşmanın zədəli olaraq davam etdirən futbolçunun meydana çıxıb-çıxmayacağı son tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, "Bavariya" - "Çelsi" oyunu avqustun 30-u baş tutacaq.

Xəbər 1119 dəfə oxundu.