İradə Aşumova London Olimpiadasına vəsiqə qazandı

Serbiyanın paytaxtı Belqradda atıcılıq üzrə Avropa çempionatı davam edir.
Azərbaycan idmançısı İradə Aşumova çempionatda uğurla çıxış edərək 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Qitə çempionatında qadınlar arasında pnevmatik tapançadan 25 metr məsafəyə gülləatma yarışlarında Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İ.Aşumova 6 seriyanın yekununda 577 xal toplayıb. Bu nəticə ilə atıcımız mükafatçılar sırasına düşə bilməsə də, London Olimpiadasına vəsiqəni təmin edib.

AzərTAc

Xəbər 1304 dəfə oxundu.