"Roma" Lyaiçin transferini həll etdi
“Fiorentina”nın yarımmüdafiəçisi Adem Lyaiç karyerasını “Roma”da davam etdirəcək. Paytaxt klubu 21 yaşlı futbolçuya görə qarşı tərəfə 10 milyon avro ödəyəcək. Hazırda “Roma” rəhbərliyi Lyaiçin şəxsi müqaviləsini razılaşdırmağa çalışır. “Canavarlar” serbiyalı xavbekə illik 1,8 milyon avro maaş təklif edirlər.

Xəbər 869 dəfə oxundu.