Polşalı futbolçu "Trabzonspor"un tarixinə düşdü | |
Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor"un liqa tarixindəki 2000-ci qol vurulub. Bu tarixi qola Adrian Mierjevski imza atıb. Bu gün "Rizəspor"la keçirilən oyunun 2-ci dəqiqəsində fərqlənən polşalı futbolçu klubun tarixinə keçib. Bununlada qaradəniz təmsilçisi , 39-cu mövsümündə oynadığı 1298-ci matçda 2000-ci qolunu vurmuş oldu. "Bordo-mavilər"in liqadakı ilk qolunu 1974-1975 sezonun 3-cü turunda Ali Yavuz vurmuşdu, 1000-ci qoluna isə Kolman imza atmışdı. |
|
Xəbər 917 dəfə oxundu. |
|
|