Mayk Tayson ölüm ayağında olduğunu açıqlayıb
Məşhur boksçu Mayk Tayson ölüm ayağında olduğunu açıqlayıb. Əfsanəvi idmançı spirtli içkilərdən və narkotiklər ucbatından bu hala düşdüyünü etiraf edib.

O, pis vərdişlərindən danışıb:"Mən öz həyatımı dəyişmək və düzgün yola qayıtmaq istəyirəm. Həddindən çox spirtli içki qəbul etdiyimə görə ölüm ayağındayam. Ölmək istəmirəm".
Taysonun artıq 6 gündür ki, alkoqol və narkotik qəbul etmədiyi bildirilib. İdmançı bir daha onlardan istifadə etməməkdə qətiyyətlidi.

Xəbər 1207 dəfə oxundu.