Premyer Liqanın ilk turunun oyunları keçirilib

Futbol üzrə Azərbaycan çempionatı
Premyer liqa. 1-ci tur

Unibank Premyer Liqasında 2011/12 mövsümü start götürüb. İdman.com.az saytının məlumatına görə, sayca yubiley – XX milli çempionatın I turunun ilk oyun günündə 3 görüş keçirilib ki, həmin görüşlər meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Gəncədə baş tutmuş “Kəpəz” – “Rəvan” matçında meydan sahibləri seviniblər. Gəncə klubu qələbəni son anda qazanıb – 3:2. Digər debütant “Sumqayıt Şəhər” səfərdə “Xəzər Lənkəran”ın qonağı olub. “Ağ-yaşıllar” ilk yarıda vurduğu qollarla fasiləyə 2 top üstünlüyü ilə yollanıblar. Amma sumqayıtlılar fasilədən sonra buraxılan qollardan birinin əvəzini çıxsalar da, məğlibiyyətdən qaça bilməyiblər – 1:2.

“İnter” isə öz meydanında “Turan”ı qəbul edib. “Bankçılar” 2-ci yarıda vurduqları yeganə qol sayəsində çempionata 3 xalla başlayıblar (1:0).
Dünən keçirilmiş 2 oyunla ölkə çempionatının ilk turuna yekun vurulub. Əyalətdəki görüşlərdən ən maraqlısı Qəbələdə oynanılıb. Lakin saat 18:00-da başlayan görüşdə azarkeşlər qol görməyib. Toni Adamsın rəhbərlik etdiyi komanda “Bakı” ilə matçda heç-heçəylə kifayətlənib.
Fariz Yusifovun idarə edəcəyi bu qarşılaşma başa çatandan az sonra digər oyun başlayıb ki, burada debütantlar üz-üzə gəlib. Söhbət öz komandalarını ilk matça çıxaran məşqçilərdən gedir. Zaqatalada AZAL-ı qəbul edən “Simurq” darmadağına üzülüb – 0:3. Baş məşqçisi Sergey Yuranı çempionatımızda debüt matçındaca “təyyarəçilər”in “sükanı arxasına” yeni keçən Elxan Abdullayevin komandası məyus edib.

Qeyd edək ki, I turun “Neftçi”” – “Qarabağ” matçı təxirə salınıb.



7 avqust

"Qəbələ" - "Bakı" - 0:0.

"Simurq" - AZAL - 0:3.
Qollar: Zohair Benouahi, 16, 46, Rasim Ramaldanov, 90+2 (ö.q).

6 avqust

"Xəzər Lənkəran" - "Sumqayıt Şəhər" - 2:1.
Qollar: Emeka Opara, 33; Julius Vobay, 42 - Eşqin Quliyev, 85.

"İnter" - "Turan" - 1:0.
Qol: Elnur Abdulov, 54.

"Kəpəz" - "Rəvan" - 3:2
Qollar: Junivan Suares, 64; Ceyhun Sultanov, 87, 88 - Con Pelu, 38; Miloş Zeçeviç, 78(p.).

“Neftçi”” – “Qarabağ” matçı təxirə salınıb.


Xəbər 1056 dəfə oxundu.