Yeniyetmə güləşçilərimiz Avropa çempionatında

9-14 avqust Polşa paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı keçiriləcək. Bu yarışda hər üç növ üzrə milli komandalarımız iştirak edəcəklər. Turnirin proqramına əsasən, ayın 9-10-da sərbəstlər, 11-12-də qızlar, 13-14-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Sərbəst güləş yarışlarında ölkəmizi komandanın böyük məşqçiləri Vahid Məmmədov və Siracuddin Eldarov, məşqçi Əsgərxan Novruzovun rəhbərliyi ilə Sadıq Sadıqov (42 kq), Ruslan Qasımov (46 kq), Məmmədhüseyn Həsənov (50 kq), Pərviz İbrahimov (54 kq), Elçin Məmmədov (58 kq), Hacımurad Ömərov (63 kq), Şamil Sadullayev (69 kq), Orxan Şərifov (76 kq), Pərviz Axundov (85 kq) və Ruslan Hacıyev (100 kq) təmsil edəcəklər.

Yeniyetmə qızların yarışında Sahilə Ələkbərova (38 kq), Türkan Nəsirova (40 kq), Anna Pavliv (43 kq), Şəfəq Muradzadə (49 kq), Solmaz Həşimzadə (52 kq), Alyona Kolesnik (56 kq), Raqneta Qurbanzadə (65 kq) və Darya Korin (70 kq) mübarizə aparacaqlar. Komandaya böyük məşqçi Həsrət Məmmədyarov, məşqçilər İsaməddin Hüseynov və Mətanət Süleymanova rəhbərlik edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandamız Avropa çempionatının son günlərində mübarizəyə qoşulacaq. Böyük məşqçilər Zöhrab Abbasov və Rasim Ağayev, məşqçi İslam Cəfərovun rəhbərliyi ilə çempionatda Ramiz Məmmədov (42 kq), Əli Məmmədov (46 kq), Kərim Cəfərov (46 kq, ehtiyat), Elvin Əliyev (50 kq), Murad Bazarov (50 kq, ehtiyat), Murad Məmmədov (54 kq), Elman Muxtarov (58 kq), Emil Abdullayev (63 kq), Hacımurad Bağmanov (69 kq), Sərxan Cahangirli (76 kq), Türmən Eyyubov (85 kq) və Hacımurad Çöpsiyev (100 kq) iştirak edəcəklər.

Xəbər 1083 dəfə oxundu.