Ştutqartın baş məşqçisi istefaya göndərildi
Almaniyanın «Ştutqart» klubunun rəhbərliyi baş məşqçi Bruno Labbadiyanı istefaya göndərib. Bu barədə şvabiyalıların rəsmi saytı məlumat verib. İstefanın səbəbi komandanın mövsümə yaxşı başlamamasıdır. Ştutqart ilk 3 turun bütün oyunlarında məğlub olub. Dünən keçirilən Ausburqla görüşdə 1-2 hesablı məğlubiyyətdən sonra rəhbərliyin səbr kasası dolub.

Labbadiya 2010-cu ilin dekabrında Ştutqarta rəhbərlik edirdi. Həmin mövsüm o komandanı bundesliqada saxlaya bilmişdi. Ötən mövsüm isə Ştutqart kubokun finalında Bavariyaya məğlub olmuşdu.

Xəbər 882 dəfə oxundu.