Roberto Karlos millimizin hücumçusuna 2 dəqiqə şans verdi
Türkiyə Superliqasında ikinci turun oyunları keçirilir. Milli komandamızın hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" öz meydanında "Konyaspor"u qəbul edib. Matç "Sivasspor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın iştirakçılar arasında Özkara da olub. Sivas təmsilçisinin baş məşqçisi Roberto Karlos millimizin hücumçusunu 88-ci dəqiqədə meydana buraxıb.

Xəbər 951 dəfə oxundu.