Ançelotti Martinonun cavabını verdi
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti ilə "Barselona"nın çalışdırıcısı Xerardo Martino arasında gərginlik yaranıb.

Buna argentinalı mütəxəssisin Madrid klubunun Qaret Beylin transferi üçün 99 milyon avro verməsinin digər klublara hörmətsizlik olaraq görməsi səbəb olub.

Kataloniya təmsilçisinin çalışdırıcısının bu fikrinə isə Ançelotti sərt cavab verib. O, Martinonun Avropa futbolundan xəbərsiz olduğunu deyib:

"Onun sözlərini anlamıram. Uzun müddətdir ki, burada deyil və nə Avropa futbolunun, nə də klubunu necə çalışdıracağını başa düşmür. "Barselona" da çox pul ödəyərək önəmli oyunçular alıb".

Xəbər 866 dəfə oxundu.