"Bavariya" ciddi itki ilə üzləşdi
Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib.

Münhen təmsilçisinin futbolçusu Tiaqo Alkantara "Nürnberq"lə oyunda zədələnib.

Klubun rəsmi saytından verilən açıqlamada ispan yarımmüdafiəçinin əməliyyat olunacağı və 7 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Alkantara bu yay "Barselona"dan 25 milyon avroya "Bavariya"ya transfer olunub.


Xəbər 889 dəfə oxundu.