Braziliyalı futbolçu karyerasını bitirir
Braziliya millisinin və Milan "İnter"inin hücumçusu Adriano karyerasını başa vurmaq qərarına gəlib. 31 yaşlı forvard hətta ortabab klublar olan "İnternasional" və "Botafoqo"da belə heç cür əvvəlki formasını bərpa edə bilməyib. Bu səbəbdən də Adriano futboldan getmək qərarına gəlib. Futbolçunun xüsusən də fiziki durumu istənilən səviyyədə deyil.

Xatırladaq ki, Adriano son olaraq "Flamenqo" ilə müqavilə imzalasa da, bu klubun heyətində meydana çıxmayıb. Bundan əvvəl isə o "Korintians"da forma geyib.

Xəbər 849 dəfə oxundu.