"Mançester Yunayted"in futbolçusu Mourinyonun cavabını verdi
"Mançester Yunayted"in futbolçusu Conni Evans "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun cavabını verib.

Portuqaliyalı mütəxəssis qarşıdakı oyunda üz-üzə gələcəkləri "Mançester Yunayted"in ötən mövsüm çempionluğunu yaxşı futbol oynamayaraq qazandığını demişdi.

"The İndependent"ə danışan Evans isə Mourinyonun bu fikirlərinə güldüyünü söyləyib: "Bunlar sadəcə ağıl oyunlarıdır. Bizi əsəbləşdirməyə çalışırlar. Ancaq belə sözlərə fikir vermirik. Mourinyoya sadəcə gülürük" - deyə o bildirin.

Xəbər 912 dəfə oxundu.