Fuad Bayramov qayıdır
Bir neçə ay öncə əvəzedicilər arasında keçirilən “İnter” – “Simurq” matçında “İnter”in futbolçusu Fuad Bayramov ağır zədə almışdı. Bu səbəbdən gənc oyunçunun bir böyrəyi çıxarılmışdı.

Fuadın bərpa prosesi kifayət qədər yaxşı keçir və klub artıq onun adını PFL-dəki iştirak ərizəsinə salıb. Gənc oyunçu yenidən 24 nömrə altında çıxış edəcək.

Xəbər 1157 dəfə oxundu.